Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub.
Yeni hərbi hissələrin açılış mərasimində şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Silahlı Qüvvələrin daim xalqımızın və Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Davamını oxu
Yearly Archives: 2016
ABŞ-ın Havay ştatı Senatında ermənipərəst qətnamələrin qəbulunun qarşısı alınıb
ABŞ-ın Havay ştatının Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən antiazərbaycan xarakterli iki qətnaməni rədd edib. Martın 10-da ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma “Dağlıq Qarabağ respublikası” “müstəqil dövlət” kimi tanınacaq və onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və Konqresə çağırış ediləcəkdi. Davamını oxu
Salnameci









AZIX MAĞARASI
Azıx kahası (azıx – qədim türk dillərində ayı deməkdir) – Azərbaycan Respublikasında ən iri karst mağarası. Füzuli şəhərindən 14 km şimal-qərbdə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Davamını oxu
D.Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl iş aparmaqda davam edir
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işi davam etdirir, lakin son qərarı yalnız münaqişənin bilavasitə iştirakçıları qəbul edə bilər”. RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri jurnalistlərə söyləyib. Davamını oxu