Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, erməni tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozur, Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə qırılması, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur. Davamını oxu
Yearly Archives: 2016
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Məzəm, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Davamını oxu
IV Qlobal Bakı Forumunda aktuallıq kəsb edən mühüm məsələlər müzakirə olunacaq
Martın 10-11-də “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçiriləcək.
Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunacaq. Davamını oxu
“TURAZ Şahini – 2016” taktiki-uçuş təlimləri başlayıb
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Konyada iki ölkənin Hərbi Hava qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır. Davamını oxu
Elxan Süleymanov: AŞPA-nın 2085 (2016) saylı qətnaməsilə Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayır
AŞPA-nın yanvar sessiyasında 2085 (2016) saylı qətnamə qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti səngimək bilmir. Bu ölkənin siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edərək, Ermənistan KİV-lərində Azərbaycan tərəfinə, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlarla dolu və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər. Davamını oxu