Yearly Archives: 2016
Ceyms Uorlik: Corciya ştatı Nümayəndələr Palatasının qətnaməsi mütləq qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Twitter” şəbəkəsindəki səhifəsində yazıb ki, ştatların qanunvericilik məclislərinin Dağlıq Qarabağla bağlı hərəkətləri icbari qüvvəyə malik deyil və Amerika Birləşmiş Ştatlarının xarici siyasətini əks etdirmir. Davamını oxu
Ermənistan silahlı qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib – VİDEO
Müdafiə Nazirliyi xəbər verir ki, martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər. Davamını oxu
İlham Zəkiyev: “Həkimlər valideynlərimə demişdilər ki, idmançı olduğu üçün ürəyi dözür.”
5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günüdür. Bu əlamətdar gün ərəfəsində 6 dəfə Avropa, 2 dəfə dünya çempionu, 2 dəfə Paralimpiya oyunlarının və 1-ci Avropa oyunları çempionu, əməkdar idman ustası İlham Zəkiyevlə görüşüb, müsahibə götürdük.
Davamını oxu
“The Washington Times”: Obama erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması planı üzərində işləməlidir
“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”. Davamını oxu