
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciəti
Ötən əsrin 80-ci illərin sonlarından etibarən Ermənistan SSR-də yaşayan Azərbaycan milliyətindən olan şəxslərin həyatı gündən günə çətinləşməyə başlamışdı. Az keçməmiş, Ermənistandan Azərbaycana ilk qaçqınlar gəlməyə başladılar. Milli mənsubiyyətinə görə təhqir, təhdid və fiziki təzyiqlərə tab gətirə bilməyən yüz minlərlə Azərbaycanlı öz ana-ata yurdunu tərk etmə məcburiyyətində qaldı. Ermənistan monoetnik bir dövlətə çevrildi, qondarma “Böyük Ermənistan” ideyasının reallaşdırılması istiqamətində növbəti ciddi addım atıldı. O zaman Azərbaycan çox Dedi – Siz Susdunuz… Davamını oxu →