1992-ci il fevral ayının 17-də erməni quldurları Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndinə soxularaq, yüz on yeddi nəfər azərbaycanlını girov götürmüşlər. Həmin tarixdə erməni yaraqlıları kəndin fermasında üç kişini və bir qadını yandırmışlar. Ermənilər əlli altı nəfər sakini (onlardan 10-12 nəfəri uşaq) güllələyərək quyuya tökmüş və üstünü traktorla torpaqlamışlar. Davamını oxu
Yearly Archives: 2016
Madrid prinsipləri və Yenilənmiş Madrid prinsipləri nədir?
Madrid prinsipləri
Madrid prinsipi ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Madrid prinsipləri Praqa prosesində bərpa edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir. Bu, dövlətlərarası razılaşmalar və sazişlər üzrə baza kimi xidmət göstərən beynəlxalq qanunların əsas sənədi olan ATƏT-in Helsinki Yekun Aktnın tənzimləyici hüquqi müddəalarına əsaslanan 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasmda sülh danışıqları nəticəsində ortaya çrxan yegana sənəddir. Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir və orada aşağıdakılar qeyd edilir: Davamını oxu
ABŞ-ın Havay ştatı da Xocalı soyqırımını tanıdı
ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır.
Sənəddə qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı qətliamı zamanı 600-dən çox mülki insan qətlə yetirilib. Oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir.
Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.
Beləliklə, bu bəyannamə ilə ABŞ-da Xocalı soyqırımını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton