Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib. Davamını oxu
Yearly Archives: 2016
Azərbaycan Ordusunun əsgəri şəhid olub
Müdafiə Nazirliyi saytına istinadən verilən məlumata görə , fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Davamını oxu
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Asif Azərelli: “7 il ərzində dalbadal kəsildiyim İncəsənət İnstitutunda müəllim işləməyə başladım”
Müsahibimiz Azərbaycan Respublikasının əməkdar rəssamı Asif Azərellidir.
– Hər bir insanın peşə seçimi müxtəlif cür olur. Sanki daxildən bir güc gəlir və onu həmin istiqamətə meyilləndirir. Necə oldu ki, rəssamlığı bir sənət kimi seçdiniz? Davamını oxu
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb
Müdafiə Nazirliyinin saytına istinadən yayılan məlumata görə, fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Davamını oxu