Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Yearly Archives: 2016
Əjdər Ol – Azərbaycan
Mənim əziz Vətənim,
Ruhum, canım və tənim,
Qüdrətə bax adında!
Hikmətə bax adında!
Deyim nəsən? – Xəzinə!
Baxıb nurlu üzünə,
Aranına, dağına,
Gözəl Qarabağına,
Ad qoyub, «can» deyiblər,
«Azərbaycan» deyiblər! Davamını oxu
Almaniyadakı Dağ Yəhudiləri İcması qondarma “erməni soyqırımı” ilə bağlı sərgiyə etiraz edib
Almaniyadakı Dağ Yəhudiləri İcması İctimai Birliyinin sədri Orxan Şafadiyayev bu ölkədəki keçmiş Loytershauzen sinaqoqu dairəsi tərəfindən yanvarın 31-dən fevralın 26-dək “Birinci Dünya Müharibəsi və ermənilərə qarşı soyqırımı” sərgisinin keçirilməsinə etiraz edib. Davamını oxu
Qərb ekspertləri: “Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının qonşuluğunda təhlükəli böhran kimi nəzərdən keçirilməlidir”

Bakı. Türbət Bağırova – APA. “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın periferiyasında olan lokal çətinlik kimi yox, Avropa İttifaqının yaxın qonşuluğunda olan təhlükəli qeyri-stabillik və böhran mənbəyi kimi nəzərdən keçirilməlidir”.
APA-nın xəbərinə görə, bu barədə “Avropa Siyasi Mərkəzi” adlı müstəqil beyin mərkəzinin “Dağlıq Qarabağ və Avropanın sərhədlərində olan böhranlar qövsü” başlıqlı araşdırmasında deyilir.
Araşdırmada qeyd edilir ki, 20 ildən çox müddətdə Azərbaycan və Ermənistan hərbi və diplomatik çıxılmazlığın içindədir və 2011-ci ildən başlayaraq Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun fəaliyyəti dalana dirənib. Bildirilir ki, 2015-ci il dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri bu duruma son qoymaq üçün İsveçrədə görüşsələr də, konkret bir razılıq əldə edilməyib: “Avropa İttifaqıMinsk Qrupu həmsədrlərinə mərkəzi rol verərək özünü münaqişənin həlli prosesindən kənarda qoyub. Avropa Qonşuluq Siyasətinin yeni icmalı etiraf edir ki, dondurulmuş münaqişələr regionun inkişafına əngəl törədir. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə təkcə Avropa İttifaqı ilə bağlılığı olan Cənub Qaz Dəhlizi kimi enerji layihəsini risk altına qoymayacaq, həm də Avropanın miqrant axını kimi bir problem yaşadığı vaxtda yeni miqrant axını ilə üzləşməsinə səbəb olacaq. Aİ “yumşaq güc” bacarıqlarından, təcrübəsindən istifadə edərək innovativ təşəbbüslərlə çıxış edərək aparıcı rol oynamalıdır”. Davamını oxu
Bəxtiyar Məmmədli: “Biz jurnalistlər dünya mediası ilə ayaqlaşa bilmirik.”
1905.az portalının suallarını “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli cavablandırır.
– Bəxtiyar müəllim, hər bir media mənsubunun mediaya gəlişinin hökmən özəl tarixçəsi olur. Sizin mediaya gəlişiniz necə oldu? Davamını oxu
Feteli








