Müdafiə nazirliyinin saytına istinadən verilən məlumata görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Davamını oxu
Yearly Archives: 2016
İrəli, türkəçarəyə doğru?!
“1905.az” Diskussiya klubunun bu dəfəki tədbirində, dərmanlar, onların keyfiyyəti və təsiri məsələsi müzakirə edildi. Müzakirələrdə Azərbaycan Dövlət Tibb Universitetinin biokimya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Arif Əfəndiyev, “Milena” hospitalının meneceri Aynur Namazova, “Səhhət” TV-nin direktoru Seymur Nəsrulla iştirak edirdi. Davamını oxu
MƏNSUR ODALAR
Çox mötəbər, A2 formatlı bir qəzetin bugünkü sayında, “Bölgələrdə” rubrikası altında dərc edilmiş 4 məqaləni həvəslə oxudum. Və hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşı adı ilə öyünən hər kəs bu məqalələri oxumalı və əlbəttə ki, sevinməlidir.
Məqalələr Ağsuya, Ağdaşa, Şahbuza və Zərdaba həsr olunub.
Ağsuya həsr edilmiş məqalə “Ağsu necə də gözəlləşib!..” adı altında dərc edilib. Və düz 4 şəkli var.
“Ağdaş uğurlarını artırır” məqaləsində şəkil yoxdur.
Şahbuzdan bəhs edən “Bütün sahələrdə irəliləyiş var” məqaləsində 1, “Dövlət qayğısı Zərdabın simasını dəyişir” yazısında isə 2 foto var.
Ümumiyyətlə, böyük zövqlə tərtib edilmiş səhifədə şəkil sarıdan yalnız Ağdaş rayonuna qarşı haqsızlıq edilib. Mən əlbəttə ki, dəyərli həmkarlarımın acığına gələ biləcək hər hansı söz, ifadə, bitmiş fikri ifadə edən söz və ya söz birləşməsi yazmağa qadir deyiləm. Amma, bütün hallarda gərək Ağdaşda çəkilmiş hər hansı foto burada yer alaydı. Bu həm ədalətli olardı, həm də rayonun artan uğurlarını əyani şəkildə göstərə bilərdi.
Bütün oxuculara,daha doğrusu ölkəmizin artan uğurlarına sevinə bilən insanlara bu yazılar ruh yüksəkliyi bəxş edir. Sevinə bilməyən insanlarsa, onsuz da belə pozitiv ruhlu yazıları oxumurlar, oxuya bilmirlər, ya da, elə ən pisi də budur, oxumaq istəmirlər. Biz həmin adamları tutub, ayaqlarını fələqqəyə salıb eynilə “Dəli Kür” filmində mollaxana şagirdinin cəzalandırıldığı kimi tənbeh edə bilmərik axı. Elə deyilmi? Oxumurlar, heç oxumasınlar. Davamını oxu
Elxan Süleymanov: Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir
Strasburq, 30 yanvar 2016-cı il: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək, səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan Elxan Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı.
Birinci məruzə layihəsi Ermənistan silahlı qüvvələri ilə sərhəddə təmas xəttində zorakılığın artmasına, ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su anbarına yaxın bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan məhrum edilməsinə diqqəti yönəltmişdi.
Cəbhə xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA deyil, onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, “onların işləri”nə müdaxilə etməmək barədə “xəbərdarlıq” edirdilər. Davamını oxu
Maral Rəhmanzadə
Azərbaycanın Xalq Rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965) Maral Rəhmanzadə 1916-cı il Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) oxumuşdur.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, 1940, “Qadınlar müharibə illərində”, 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və s. (1965-1975)).
Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.
2008-ci ildə vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır. M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.
Erməni silahlı bölmələri bu ilin ilk ayında atəşkəs rejimini 3702 dəfə pozub

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Davamını oxu