Beynəlxalq münasibətlər sistemində mövcud münaqişələrin həll olunmaması və “uzunmüddətli münaqişələr” statusu qazanması artıq adi hala çevrilib. Münaqişələrin uzun müddət davam etməsi və həlli istiqamətində ümidverici amillərin olmaması onun müəyyən güclərin maraqlarına xidmət etməsi ehtimallarını artırır. Bir tərəfdən dünyada sülhün, təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının sülh və müharibə şəraitində müdafiəsinin bəyan olunması, digər tərəfdən isə münaqişə ocaqlarının alovlandırılması-bu parodoksallığı cəmiyyət necə qəbul etməlidi? Axı, bu münaqişələrdə çoxsaylı insanların hüquqları pozulur, minlərlə insan silahlı münaqişələrin qurbanı olur. Görünən odur ki, imperiativ xarakterli beynəlxalq hüquq normalarının da məcburedici təsirləri rol oynamır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bunun əyani sübutudur. Artıq Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın “uzunmüddətli münaqişə”si statusunu alıb. Davamını oxu