Müdafiə Nazirliyi Mətbuat xidməti yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlunun şəhid olması barədə məlumat yayıb. Məlumatda Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsinin üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıması bildirilir. Davamını oxu
Yearly Archives: 2016
Borc yoxsa iqtisadi islahatların aparılmasına yardım?
Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondundan (BVF) və Dünya Bankından (DB) 4 milyard ABŞ dolları həcmində təcili yardım paketini cəlb etmək istəyi ilə bağlı xəbər bu gün çox müzakirə olunur. Davamını oxu
Prezident İlham Əliyev heç zaman ölkə vətəndaşlarının və cəmiyyətin ciddi kataklizmlərlə üzləşməsinə imkan verməyəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AZƏRTAC-a, Trend-ə və APA-ya müsahibəsi
– Əli müəllim, 2015-ci ilin ikinci yarısından dünya bazarında enerji resurslarının qiyməti sürətlə aşağı enməyə başladı və uzun müddətdir dünyada davam edən beynəlxalq siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi. Bu məsələdə ekspertlərin rəyləri haçalanır: bir qrup bunun təbii, digərləri isə süni şəkildə stimullaşdırlan proses olduğunu bildirilər. Bu barədə siz necə fikirləşirsiniz? Davamını oxu
Aqil Eyvazov: “Dünyadakı maliyyə böhranlarının səbəbi ABŞ dollarıdır”.
1905.az portalının suallarını AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov cavablandırır.
– Aqil müəllim, mövcud iqtisadi durumu necə şərh edərdiniz?
AŞPA-da ədalətin məğlubiyyəti
Bu gün, 26 yanvar 2016-cı il tarixdə, Avropa Şurası Parlament Assambleyası özünün plenar iclasında utancverici qərara imza atmışdır:
Britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış və Siyasi Məsələlər Komitəsində qəbul edildikdən sonra təsdiq üçün Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsini Ermənistan tərəfinin və ermənipərəst qüvvələrin təzyiqləri altında rədd edilmişdir;
Bununla da Parlament Assambleyası özünün qəbul etmiş olduğu 1416(2005) saylı qətnaməsindən bütövlüklə və həmin qətnamənin həmin qətnamənin 2-ci bəndində ehtiva edilmiş “… bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir” kimi mövqeyindən imtina etmiş oldu. Davamını oxu
Daşaltı əməliyyatından 24 il ötür
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 24 il ötür.
APA-nın məlumatına görə,Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Davamını oxu