Yearly Archives: 2016
Kamil Həmidov: “Cəmiyyətimiz, onun durumu necədirsə, mətbuatı da, vətənpərvərliyi də o cürdür”
1905.az portalının suallarını Gün.Az saytının parlament müxbiri Kamil Həmidov cavablandırır
Tariximizin 20 Yanvar səhifəsi
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində 15 yanvar 2016-cı il tarixdə 20 Yanvar faciəsinə həsr edilmiş Dəyirmi Masa keçirilib.
1905.az portalının nümayəndəsinin də iştirak etdiyi tədbirdə Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin direktor əvəzi Teymur Qasımov tədbir iştirakçılarını salamladıqdan sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 20 Yanvar faciəsinin tarixinə qısa ekskurs edən natiq Dəyirmi Masanı idarə etmək üçün sözü Kamil İbrahimova verdi. Qala Muzey Kompleksinin direktor müavini əvəzi, tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimov Dəyirmi masa iştirakçalarını təqdim etdikdən sonra 20 Yanvar hadisələrinin gənc nəslin unutmaması üçün bu qəbildən olan tədbirlərə ehtiyac olduğunu xüsusi vurğuladı. Davamını oxu
Azərbaycanın müdafiə naziri: “Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov çıxışında ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib.
“Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir”, – deyə nazir bildirib.
O, Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. Davamını oxu
“Bizim dilimiz bizim efirdə”. 1-ci söhbət
“1905.az” Diskussiya klubunda bu dəfə televiziyalarda dil problemini müzakirə etdik. Müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstutunun monitorinq şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Milli Televiziya və Radio Şurasının əməkdaşı Həyat Şəmiyeva, “Region TV”-nin əməkdaşı, bir çox reklam çarxlarını səsləndirən Arzu Kəlbi iştirak edirdi.
Fuad Babayev: Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarının 50 dəfə artırılması yeni inzibatı xətalar məcəlləsində nəzərdə tutulur. Fiziki şəxslər Azərbaycan dilinin latın əlifbasında tətbiq olunmasında maneələr törədilməsinə görə 1000-1500 manat, vəzifəli adamlar 2500-4000 manat, hüquqi şəxslər 12000-16000 manat məbləğində cərimə ediləcək. Daha əvvəl isə dilimizə bir sıra yeni sözlər daxil edildi. Doğrusu, həmin siyahını tapa bilmədim, amma xeyli maraqlı sözlər var idi. Əlbəttə, dil canlı orqanizm olduğundan, daim inkişaf edir. Azərbaycan məktəbinin məlum durumdakı vəziyyətində televiziya və radionun üzərinə böyük bir yük düşür. Buna görə də ilk sualım MTRŞ-nin nümayəndəsi Həyat xanımadır. Həyat xanım, milli televiziya və radio şurasının əsas missiyalarından biri Azərbaycan dilini qorumaqdır. Bu sahədə ən böyük problem nədir? Davamını oxu