Uydurma erməni soyqırımına “inanan” şəxslərdən biri də misirli araşdırmaçı Məhəmməd Rüfətdir. Davamını oxu
Yearly Archives: 2016
Faciə barədə əsl həqiqətlər dünyaya çatdırılıb
Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvarı ötən əsrin ən faciəli hadisələrindən biridir. Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini aşağılamaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin qoşunları Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilmiş, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış dinc adamlar qəddarcasına qətlə yetirilmişdir. İmperiya qüvvələri öz qanlı hakimiyyətlərinin ömrünü uzatmaq üçün azadlıq istəyində olanlara qarşı etdiyi haqsızlıqlar və vandal hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətənpərvər insanların, xüsusilə də Heydər Əliyev Fondunun böyük xidmətləri var. Davamını oxu
Samin Həsənov: “600 bal yığsan, universitetlər sənə, 200 bal yığsan, sən universitetlərə yalvaracaqsan.”
“1905.az” portalının suallarını “Zəfər” kurslarının filial müdiri Samin Həsənov cavablandrır.
Bizim diaspor, bizim media
Bu gün əvvəlki illərlə müqayisədə KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Media orqanları özləri fərdi olaraq diaspor mövzusunda materiallar dərc edirlər. Son illər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi KİV layihələri və fərdi jurnalist yazıları ilə bağlı müsabiqələrdə diaspor mövzusuna da yer verilir. Davamını oxu
Erməni silahlı bölmələri son sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub. Davamını oxu
Elxan Süleymanov: Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
“Ermənistan nümayəndə heyəti bayram günlərində də ciddi iş aparmış, yanvarın 8-dən 25-nə qədər isə Avropa Şurasına üzv olan ölkələrə ezam ediləcək və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar. Bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir” – Bu fikir bu günlərdə Ermənistan mətbuatında geniş şərh edilmişdir. Onlar bu sözləri AŞPA-nın Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində 2015-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin qurumun qış sessiyasında müzakirəsinə münasibət bildirərkən demişlər. Bununla Ermənistanın AŞPA-nın plenar iclasına nə dərəcədə ciddi hazırlaşdığı və yanvarın 26-da bu qətnamələrin təsdiq edilməsinin qarşısını almaq üçün hamılıqla Avropa ölkələrinə yollandıqları açıq ifadə edilir. Davamını oxu