ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıblar. Davamını oxu
Yearly Archives: 2016
Gürcü jurnalist: “Azərbaycanla Gürcüstan Ermənistana qarşı birgə mübarizə aparmalıdır”
Tiflisdə Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, Dağlıq Qarabağ problemi 24 ildir davam edir və ATƏT-in Minsk qrupunun münaqişənin həllinə dair gördüyü işlərin heç bir nəticəsi olmayıb. Davamını oxu
Prezident İlham Əliyev: “Ermənistan sülh istəmir”
“Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir“
“Xorvatiya prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.
Xorvatiya prezidenti: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”
“Çox səmimi qarşılanmaya görə təşəkkür edirəm”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib. O bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”.
Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
http://www.apa.az/xarici_siyaset/xorvatiya-prezidenti-xorvatiya-azerbaycanin-suverenliyi-ve-erazi-butovluyunu-destekleyir.html
Nurəngiz Hacıyeva: “Çalışmışam ki, ananın övladını düzgün böyütməsi üçün faydalı olan ən son məlumatları paylaşım”
Portalımızın suallarını “Sağlam gələcək. Valideynlərin stolüstü kitabı”nın müəllifi, tibb elmləri üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva cavablandırır.
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Davamını oxu