Bu həftə Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Arxada qalan bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycan öz inkişaf yolu və əldə etdiyi yüksək iqtisadi göstəricilərlə dünya miqyasında fenomenə çevrilib. Bu inkişafın göstəriciləri həm də ölkəmizin kosmik kluba qoşulması, qlobal problemlərdən olan enerji təhlükəsizliyi, terrorizmlə mübarizə kimi məsələlərdə söz sahibinə çevrilməsidir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu. Davamını oxu
Yearly Archives: 2016
İlham Əliyevin S.Sarkisyan üzərində yeni diplomatik qələbəsi
Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının son iclası Ermənistanın məğlubiyyəti ilə nəticələndi
Azərbaycan diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi və bu sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır. Bunun daha bir real təsdiqi Yerevanda Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda baş tutan son iclasında oldu. Ermənistan bu iclas zamanı təşkilata üzv ölkələrdən özünün Qarabağ siyasətinə dəstək gözləsə də, bunun tamamilə əksi baş verdi. Belə məlum oldu ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında yer alan ölkələr Ermənistandan daha çox təşkilata üzv olmayan Azərbaycanın mövqeyi ilə hesablaşmağa üstünlük verirlər. Bu hal Qarabağ məsələsi ilə bağlı da özünü qabarıq büruzə verir. Davamını oxu
Azərbaycan Respublikası
1991-ci il oktyabrın 18-də “Müstəqillik haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlandı.
Prezident: “Terrorçuları “yaxşılara və pislərə” bölmək düzgün deyil”
Prezident İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur
Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib. Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur. Davamını oxu
İlham Əliyev: “Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar ola bilər”
Azərbaycan Prezidenti: “Ərazi bütövlüyümüz kompromis mövzusu ola bilməz. Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib. Davamını oxu
“PERESTROYKA” VƏ POSTSOVET MƏKANINDA SİLAHLI MÜNAQİŞƏLƏR: SƏBƏB VƏ NƏTİCƏ?!
Fuad Babayev
AMEA-nın doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç tərəfindən “Belovejskaya Puşşa” adlanan yerdə, Viskuli bağ evində Sovet İttifaqının mövcudluğuna xitam verən müqavilə imzalandı. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçov SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verdi. Yeni mərhələ – postsovet dövrü başlandı.
Bu həm də Qorbaçovun “perestroyka”sının – tarixin uğursuz siyasi eksperimentlər arxivində layiqli yerini çoxdan tutmuş “layihə”nin sonu oldu. “Perestroyka”nın yaratdığı miqyaslı böhranın dövlətçiliyin parçalanmasına, ölkənin iqtisadi sisteminin dağılmasına və social-mənəvi sferanın tənəzzülünə gətirib çıxarması artıq hamıya məlumdur. (1; 236) Ölkənin rəsmi inkişaf kursu kimi elan edilmiş “perestroyka”nın ilk iki ümumdövlət kampaniyası – sərxoşluqla və zəhmətsiz gəlirlərlə mübarizə kampaniyalarının yumşaq desək arzuolunan nəticələri vermədiyini çoxları xatırlayır. Əlbəttə, bu 1985-91-ci illərdə adıçəkilən “layihə” çərçivəsində atılan uğursuz addımlardan bəziləridir. Davamını oxu