“Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə,Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik”. Davamını oxu
Yearly Archives: 2016
Məşhur amerikalı jurnalist Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb
Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub. Davamını oxu
Qubadlının işğal olunduğu ildə nəşr edilmiş üç dilli fotoalbom
“Bukinist Mendel” rubrikasında bu dəfə 1993-cü ildə “İşıq” nəşriyyatında buraxılmış üç dildə “Qubadlı” fotoalbomundan bəhs edəcəyik. Fotoalbomun tərtibçisi və mətnlərinin müəllifi Tariyel Cahangir, fotoların müəllifi isə Fətəli Fətəliyevdir. Davamını oxu
Roma Papası: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol sülh danışıqlarıdır.
APA-nın xəbərinə görə, bu barədə Roma Papasının rəsmi saytı xəbər verib.
Roma Papası Fransisk regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında sülh danışıqlarının aparılmasıdır. Davamını oxu
Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub. Davamını oxu