ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Davamını oxu
Yearly Archives: 2016
Fehruz Şamiyev: “Mənə elə gəlir ki, bizdə kinonun inkişafına mental məsələlər imkan vermir.”
Müsahibimiz Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyevdir.
1993-cü il, 3 oktyabr: Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Davamını oxu
Azərbaycana qarşı yürüdülən zorakılıq, soyqırımı və etnik təmizləmə siyasəti bəşəriyyətə təhdiddir
Müasir dünyada baş verən qlobal iqtisadi böhrana və siyasi kataklizmlərlə zəngin proseslərə nəzər saldıqda, bəşəriyyətin zorakılıq, dözümsüzlük və qəddarlıqla müşayiət olunan terrorçuluqla, habelə milli və dini zəmində gerçəkləşdirilən soyqırımı ilə sınağa çəkildiyini görürük. Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq, İslam ölkələrində baş verən hərbi münaqişələr və döyüşlər hər gün çoxsaylı insan tələfatı ilə nəticələnir. Davamını oxu
Azərbaycan çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib
Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda “dəyirmi masa” keçirilib. Davamını oxu