26 sentyabr 2016-ci il ümumxalq səsverməsi (referendum) ilə bağlı ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatının, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə təşkil ediləcək “Exit-poll” sorğusu öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlandı Davamını oxu
Yearly Archives: 2016
Fransa şirkəti Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə sorğu keçirmişdir
Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirmişdir.
Sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbə-üz müsahibə aparılmışdır.
Mekteb
AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. AVCİYA Seçki Qərargahı digər işlərlə yanaşı, respublikanın 17 rayonunda, Şirvan, Hacıqabul, Sabirabad, Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabadda müşahidəçilərin maarifləndirilməsi ilə bağlı seminarlar keçirib. Assosiasiya Cəlilabad rayonundakı seminarla regionlardakı tədbirlərə yekun vurub. Cənub bölgəsinə daxil olan rayonlardakı seminarlarda “İnsan hüquqları XXI əsr-Azərbaycan Fondu”nun prezidenti Şahin Camalov, digər regionlarda isə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidəçilər qarşısında çıxışlar ediblər.
AVCİYA Seçki Qərargahı növbəti tədbirlərini gələn həftə Bakı, Sumqayıt, Abşeron müşahidəçiləri üçün “Ambassador” otelində keçirməyi planlaşdırır.
Assosiasiya 26 avqust 2016-cı il tarixdə Referendumla bağlı uzunmüddətli müşahidənin ilkin hesabatını ictimaiyyətə təqdim edib. Assosiasiya həmçinin Referendumda Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı qərb ölkələrinin təcrübəsinə istinadən müqayisəli təhlil və müşahidəçilər üçün yaddaş kitabçaları da nəşr edib.
AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. AVCİYA Seçki Qərargahı digər işlərlə yanaşı, respublikanın 17 rayonunda, Şirvan, Hacıqabul, Sabirabad, Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabadda müşahidəçilərin maarifləndirilməsi ilə bağlı seminarlar keçirib. Assosiasiya Cəlilabad rayonundakı seminarla regionlardakı tədbirlərə yekun vurub. Cənub bölgəsinə daxil olan rayonlardakı seminarlarda “İnsan hüquqları XXI əsr-Azərbaycan Fondu”nun prezidenti Şahin Camalov, digər regionlarda isə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidəçilər qarşısında çıxışlar ediblər. Davamını oxu