Yearly Archives: 2016
Vüqar Abbasov: “Mən gətirib hansısa bir şirkəti burada “yandıra” bilmərəm.”
Müsahibimiz Hollandiyada yaşayan soydaşımız, fəal ictimaiyyətçi Vüqar Abbasovdur.
– Vüqar müəllim, neçə ildir Avropadasınız?
AVCİYA daha altı rayonda referendumla bağlı treninqlər keçirib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. Müşahidəçilərin Referendum günü prosesin monitorinqini yüksək səviyyədə təşkil etmələri üçün AVCİYA Seçki Qərargahı daha 6 rayonda – Gəncə, Göygöl, Daşkəsən, Bərdə, Tərtər və Goranboyda müşahidəçilər üçün treninqlər keçirib. Davamını oxu
Əli İsa Cabbarov: “Kino kiminsə maaş ala biləcəyi yer olmaqdan o yana getməyib.”
1905.az-ın suallarını tanınmış kino mütəxəssisi Əli İsa Cabbarov cavablandırdı.
– Əli İsa müəllim, Sizin kino karyeranız həm də kinonun təbliği, öyrənilməsi və təşkilatlanması ilə bağlıdır. Kinonun təşkilatlanması sahəsindəki fəaliyyətinizi yığcam necə xarakterizə etmək olar? 2005-ci ildə təsis etdiyiniz qurumlar bu müddət ərzində nə işlər görüb?
– Mən kinonun bir fəaliyyət növü, ənənə, sənət növü olaraq gerçək təbliğatında və tədqiqində fəal iştirak etmişəm. Nəyə görə? Çünki mən kinofilm istehsal edən insan kimi gördüm ki, mən və dostlarım kino istehsal edirik, amma bunlar film kimi dərk və analiz edilmir. Sanki bu məhsulları quyuya atırsan. Kino bazarı, kino sahəsi deyilən yer yalnız film istehsalı deyil, həm də bu filmin analizi, tədqiqi, onun başqa elmlərlə – sosiologiya və politologiya ilə müqayisəsidir. Bu, çox böyük silahdır. Ona görə də mən üzvü olduğum kino ictimai birlikləri və həmkarlarım ilə birgə analitik kino jurnalının 9 sayını nəşr etdim. Bu kitab formatında- qalın kino jurnalı idi. Biz prinsipial olaraq belə hesab edirdik ki, bu jurnal qalın və analitik olmalıdır. Bizə tez-tez deyirdilər ki, rus dilində nəşr edin ki, oxucusu olsun, amma bizim üçün çox vacib idi ki, jurnal Azərbaycan dilində nəşr edilsin. Biz hiss edirdik ki, Azərbaycanda, ana dilimizdə analitik kino jurnalını oxuyan azdır. Amma jurnalı havayı paylayır və qazanc güdmürdük. 1 sayımızı Mədəniyyət və Turizm Nazrliyi, 2 sayımızı Gənclər Fondu maliyyələşdirdi. Davamını oxu
Səfa Mehdi: “Gündəmə heç kimi təhqir etmədən, heç kimə söz atmadan gəlirəm.”
Zeynəb Kazımova: “9 illik fəaliyyətimiz dövründə bir çox işlər görə bilmişik.”
Müsahibimiz fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynəb Kazımovadır.
Zeynəb xanım, Azərbaycanda fransızdilli qəzetin auditoriyasının parametrləri haqqında nə demək olar?