Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüs Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Davamını oxu
Yearly Archives: 2016
AVCİYA Referendum qabağı müşahidəçilərə treniqləri davam etdirir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Assosiasiya həm də 62 DSK 3000 məntəqədə Referendum günü müşahidəni təşkil edəcək. Bunula əlaqədar AVCİYA Seçki Qərargahı regionlarda müşahidəçilərə treniqlərə başlayıb. Şirvan, Hacıqabul, Sabirabad rayonlarından sonra Zaqatala, Balakən və Qax rayonlarında tədbirlər uğurla həyata keçirilib. Davamını oxu
Seymur Yunusov: “Bizdə xırda və orta sahibkarlıq ticarət və xidmətdən kənara çıxa bilmir.”
Müsahibimiz “Marja.az” saytının direktoru Seymur Yunusovdur.
– Seymur müəllim, necə oldu ki, “marja.az” saytını yaratdınız? Davamını oxu
Azərbaycan Sovet Sosialist Respublikası
28 aprel 1920-ci ildə Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Davamını oxu
Ananın harayı. Rəssam: Ləman Aslanova
Ləman Aslanova 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur Davamını oxu
Ləman Aslanova
Aslanova Ləman İlqar qızı 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur
“Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması”, “Sualtı aləm-2009”, “Gül bayramı”, “Mən musiqini çəkirəm”, “Bayrağımız qürur mənbəyimizdir”, “Norveç uşaqların gözü ilə”, “Əsrin Ziyalıları”, “1 iyun – Uşaqların Beynalxalq müdafiəsi Günü”, “İstedadlı Uşaqlar Festivalı -2013”, “İslam Dünyasının Uşaqlar və Urbanizasiya Problemləri”, “Dekorativ tətbiqi sənət”, Holllandiya Krallığının “İncəsənət Müsabiqəsi”, “Azərbaycan Milli Geyimləri Rəssamların gözü İlə”, dahi rus şairi, dramaturqu Mixail Yuryevic Lermontovun anadan olmasının 200 illik yubileyi münasibətilə kecirilmiş Resbuplika müsabiqəsində “Rəsm” nominasiyasında, “Amerika mənim gozlərim ilə”, “Nar” festivalında, Moskvada keirilən «Qış nagılı» sərgisində, “Yurdumuza Bahar gəlir”, “Uşaqlar və müharibə”, “Xocali Soyqırımı” sərgilərində və geyim nümayişlərində iştirak edən Ləman çox böyük naiyiyyətlər əldə edib.
Onun təhsil aldığı məktəbdə dəfələrlə fərdi rəsm sərgiləri keçirilib. 70-ə yaxın rəsm əsərləri ölkəmizdə, bir çox xarici ölkələrdə nümayiş olunub və diplomlarla mükafatlandırılıb.