Şəmkir rayonunda, Qaracəmirli kəndi yaxınlığında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə beynəlxalq ekspedisiya 10 ildən artıqdır ki, arxeoloji qazıntı işləri aparır. Qazıntının son nəticələri, tapılan unikal tikili haqqında İlyas Babayevlə söhbətləşdik: Davamını oxu
Yearly Archives: 2016
Bünyad Sərdarovun xatirə muzeyi
Bünyad Sərdarovun xatirə muzeyi 1985-ci ilin yanvar ayında Füzuli rayonunun Qarğabazar kəndində istifadəyə verilmişdir. Qədim karvanasarayda fəaliyyət göstərən muzeyin eksponat fondunda inqilabçıya məxsus 500-dən çox müxtəlif səpgili qiymətli əşya sərgilənirdi. Davamını oxu
Anar Bayramoğlu: “Nə vaxta kimi özümüz danışıb, özümüz də eşidəcəyik?”
Müsahibimiz jurnalist Anar Bayramoğludur.
– Anar müəllim, 5 ildən sonra özünüzü jurnalist kimi görürsünüzmü?
“Üç bacı”nın qələbəsi
“BBC” şirkətinin rus xidmətinin internet portalında “Sizin fotolarınız” bölməsində Azərbaycan mətbəxinin təbliğinə yönələn şəkil yer alıb. Sayt mütəmadi olaraq “BBC”nin rus xidmətinin oxucularının göndərdiyi fotolardan ibarət tematik fotoqalereya təqdim edir. Bu həftə isə dünyanın ən tanınmış portallarından biri hesab olunan bu xidmətin internet səhifəsində qalereya “3 rəng” mövzusuna həsr olunub. Davamını oxu
Güləşçimiz Mariya Stadnik “Rio-2016”da gümüş medal qazanıb
Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib. Davamını oxu