ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Davamını oxu
Yearly Archives: 2016
Vüsal Məmmədov: “Azərbaycan mediası 5 yaşlı uşaq kimidir”
Suallarımızı AzVizion.az portalının baş redaktoru Vüsal Məmmədov cavablandırdı
– Vüsal müəllim, bu gün auditoriyanın gözləntiləri nədir? Azərbaycan mediası həmin gözləntilərini qarşılaya bilirmi? Davamını oxu
1905.az portalının direktorunun yeni kitabı nəşr olunub
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevin “Banqladeşin yaşıdı” adlı kitabı işıq görüb. Kitabda müəllifin 2013-2016-cı illərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.avciya.az və www.1905.az saytlarında dərc edilmiş publisistik yazılarının bir qismi toplanıb.
Yazıçı, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Natiq Məmmədlinin ön söz yazdığı kitab Böyük Jurnalist Tofiq Rüstəmovun işıqlı xatirəsinə ithaf olunub.
Ermənilər 6 uşaq və qadın əsir düşərgəsi yaradıb

Ermənistan silahlı qüvələrinin faşist metodları ilə apardıqları mübarizə nəticəsində Azərbaycanın on iki rayonu işğal olunmuşdur, iyimi dörd min soydaşımız öldürülmüş, dörd min nəfər əsir götürülmüşdür. Əsir düşənlərin böyük bir qismini uşaqlar, qocalar və qadınlar təşkil edir. İtgin düşmüş insanların ümumi sayı dörd min doqquz yüz altmış beş nəfərdir. Onların üç yüz iyirmisi qadın, altmış doqquzu uşaqdır. Erməni əsirliyindən azad olmuş 3125 nəfərin 222-si qadın, 125-i uşaqlardır. Davamını oxu
Aprel döyüşləri zamanı düşmənin Tərtər rayonunda dağıtdığı evlər bərpa olunur
Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası davam etdirilir. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır. Davamını oxu
Ermənistan vətəndaşı Azərbaycana keçərkən saxlanılıb
Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Davamını oxu