Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb. Davamını oxu →
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri, eyni zamanda, Xarici İşlər üzrə Palata Komitəsində və Hüquqi İşlər üzrə Palata Komitəsində fəaliyyət göstərən Stiv Şabotu qəbul edib. Davamını oxu →
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib. Davamını oxu →
Bakı Slavyan Universitetinin binasının fasadındakı mozaika -portretlər sökülməzdən əvvəl.
Bu günlərdə Bakı Slavyan Universitetinin binasının fasadını 1972-ci ildən bəri bəzəyən mozaika-portretlərin sökülməsinin şahidi olduq. Bu hadisəylə bağlı tanınmış mozaika ustası, bir sıra əsərlərin o cümlədən, Ağdam Çörək Muzeyinin fasadındakı mozaikanın müəllifi rəssam Əmirxan Məmmədvəliyevin fikirlərini öyrəndik:
“Sözügedən mozaikanın müəllifi rəhmətlik Elmas Hüseynov idi. Belə bir söküntü işi eləməzdən əvvəl ən adi etik normalar tələb edir ki, müəlliflə məsləhətləşəsən. Bu halda, yəni müəllif dünyasını dəyişdiyindən peşəkarlara üz tutmaq lazım idi. Müəllif özü həyatda deyilsə, işi də ölməməlidir.”
Bakı Slavyan Universitetinin binasının fasadındakı mozaika -portretlər söküntü işləri aparılarkən
Ə.Məmmədvəliyev onu da qeyd etdi ki, hər bir mozaika əsərində olduğu kimi bu əsərin də eskiz layihəsi olub. Həmin eskiz layihəsinə və ya fotoya baxaraq onu bərpa etmək mümkündür.
Bu hadisədən təsirləndiyini gizlətməyən rəssam Azərbaycanda mozaika məktəbinin hələ də mövcud olduğunu xatırlatdı.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.