
Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.
AZƏRTAC xəbər verir ki, təşkilatçılar açılış mərasiminin möhtəşəm olacağını vəd etmişdilər. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Olimpiya Oyunlarının açılış mərasiminə televiziya, internet və s. vasitəsilə ümumilikdə üç milyard insanın baxacağı bildirilir. Açılış mərasimindən bir qədər əvvəl Olimpiya məşəlini Pelenin alovlandırmayacağı açıqlanıb. Davamını oxu →