Biz – Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi təhdid edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin artmasından dərin narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması kimi ümumbəşəri ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt olmadığı qədər böyük ehtiyac yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya mübahisə güc və zorakılıq yolu ilə həll olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq hər bir dövlətin suveren hüquqlarına hörmətlə yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya dövlətləri öz səylərini səfərbər etməlidir. Davamını oxu
Yearly Archives: 2016
Azərbaycan XİN: Erməni “diplomatları” beynəlxalq hüququ özlərinə məxsus şəkildə şərh etməyə çalışırlar
Ermənistan XİN-in növbəti səhv şərhləri ilə əlaqədar vurğulamaq istərdik ki, milyonların kumiri Polad Bülbüloğlu diplomatik işində özünü büruzə verən peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanarkən, Ermənistan XİN-in qondarma “mətbuat katibi”, guman ki, hələ əlifbanı öyrədirdi. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Davamını oxu
Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın.
Bakı, Azərbaycan
11 iyun 2016-cı il
ABŞ Ağ Ev administrasiyası 10 iyun 2016-cı ildə Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verdi. Davamını oxu
“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrinin təqdimatı olub
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ölkəmizin ictimai-siyasi həyatının mühüm sahələrini özündə əks etdirən müxtəlif layihələrin reallaşdırılması ənənə halını alıb. Davamını oxu
Daimi nümayəndəlik: İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması münasibətlərin normallaşmasına yol açacaq
“Həll edilməmiş münaqişələr regionun təhlükəsizlik və inkişafına ən ciddi təhdid olaraq qalır. Mayın 16-da Vyanada keçirilmiş sonuncu yüksək səviyyəli görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinin canlanması üçün yaxşı imkan yaratdı. Biz hazırki status-kvonun davamsız və qəbuledilməz olması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrliyinin fikirləri ilə tamamilə razıyıq. Çünki kövrək status-kvo ciddi eskalasiyaya səbəb olur”. Davamını oxu
Xocalıdan bəhs edən “Kağız qəbir” bədii filminin çəkilişinə hazırlaşan ELÇİN ARİFOĞLU
– Xocalı faciəsindən az qala 25 il keçir…
– Filmdə hadisələr 25 il əvvəl, 1992-ci ilin 25 fevralından 26-sına keçən gecə Xocalıda çəkilmiş video kadrlar və bu çəkilişi aparmış amerikalı jurnalist ətrafında cərəyan edir. Tamaşaçı 25 il sonra tapılıb üzə çıxarılan həmin kadrlarda soyqırım gecəsi baş verən dəhşəti, faciəni yeni rakursdan, daha yaxından, kənardan və sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan kameranın obyektivində görür, adi bir ailənin, günahsız insanların, qadınların, uşaqların faciəsinin içinə düşür və bu gün Ermənistan siyasi-hərbi hakimiyyətində təmsil olunan bir çox şəxslərin həmin soyqırımda, qətllərdə, işgəncələrdə şəxsən iştirakının şahidinə çevrilir… Bütün film boyu tamaşaçı erməni silahlıları tərəfındən ələ keçırılmış şəhərdə qalan dinc bir ailənin öz övladlarını da, atasız, anasız qalan başqa uşaqları da xilas etmək üçün apardığı mübarizəni görür, bu gərgin mübarizənin içində həmin uşaqların xilas olmaq şansının hər ötən dəqiqədən necə əridiyinin canlı şahidinə çevrilir, onların acı taleyini yaşayır, hiss edir və sonda Xocalını insan, insanlıq faciəsi kimi anlayıb, bunu törədənlərin hansı çəzaya layıq olduğu sualına özü cavab verir. Eyni zamanda filmdə bu kadrların 25 il gizli qalmasının, onu çəkən amerikalı jurnalistin isə 25 il bu hadisələr barədə susmasının da dəhşətli sirrinin üstü açılır… Davamını oxu