“Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz”. Davamını oxu
Yearly Archives: 2016
Azərbaycan prezidenti: “Aprel hadisələri Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir”
“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Davamını oxu
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Azərbaycan Respublikası Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Davamını oxu
İƏT Bundestaq tərəfindən qondarma “erməni soyqırımı”nın tanımasını pisləyib
İslam əməkdaşlıq təşkilatı (İƏT) Bundestaq (Almaniya parlamenti) tərəfindən 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıyan qətnamənin qəbulunu pisləyib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir. Davamını oxu
Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi
Bəşəriyyət getdikcə daha çox əmin olur ki, XXI əsr biliklər, yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Dünya prinsipcə yeni texnoloji uklada daxil olur, bu isə dövrlərin dəyişməsinə, əvvəlki dünya nizamının transformasiyasına dəlalət edir. Bəs, bu qədər çoxmənalı prosesdə millətlər və dövlətlər özlərini qoruyub saxlaya biləcəklərmi? Bu gün bu problem həm alimlərin, həm də dövlət xadimlərinin və bir sıra dövlətlərin siyasi elitasının diqqət mərkəzindədir.
İspaniyanın məşhur “El pais” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc olunub
İspaniyanın məşhur “El pais” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini əks etdirən məqalə dərc olunub.
Yazıda Azərbaycanın siyasətçilərinin və analitiklərinin, o cümlədən Milli Məclis sədrinin müavini Bahar Muradovanın, deputat Rasim Musabəyovun fikirləri yer alıb.
Məqalədə Dağlıq Qarabağın tarixi Azərbaycanın torpağı olmasından, atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulmasından, dinc əhaliyə qarşı edilən hərbi aqressiyadan bəhs edilir. Davamını oxu