Yearly Archives: 2016
Azərbaycan Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Davamını oxu
ABŞ-ın Avropa qüvvələrinin komandanı: “Dəvət gələrsə, Azərbaycanda birgə təlimlərdə iştirak edə bilərik”

“Bu yay ərzində Rumıniyada hərbi təlimlər keçirmək planımız var. Azərbaycan hərbçiləri də bu təlimlərdə iştirak edəcəklər”. Davamını oxu
Elxan Süleymanov: “Ağ Evin cavabından asılı olmayaraq, AVCİYA-nın petisiyası böyük əhəmiyyətə malikdir”
“Ölkəmizə qarşı uzun illərdir dünyanın güc dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən edilən və hazırda da davam edən qlobal siyasi təzyiqlər fonunda AVCİYA-nın bu petisiyasına ABŞ tərəfindən obyektiv münasibət bildirilməsi məndə ciddi şübhələr yaradır”. Davamını oxu
XİN: Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiyanın təşkilinə imkan vermir
“Ermənistanın da qoşulduğu “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair” 1954-cü il Haaqa konvensiyasının 4-cü bəndinə, konvensiyanın 1-ci və 2-ci əlavə protokollarına və digər beynəlxalq sənədlərə görə müharibə şəraitində maddi-mədəniyyət abidələrinin hərbi məqsədlərlə istifadə edilməsi qadağandır”. Davamını oxu
1905.az portalı “KOS Expo 2016” sərgisində
Mayın 27-də Bakı Biznes Mərkəzində “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “KOS Expo 2016” sərgisi və “İqtisadi islahatlar və universitet-sənaye əməkdaşlığı” konfransı keçirilir. Sərgidə təhsil, inşaat, İT, səhiyyə, reklam, qida və s. sektorları təmsil edən 70-dək şirkət öz məhsullarını, onlara ayrılan stendlərdə nümayiş etdir. 2 panel üzrə keçirilən konfransın I panelində “İqtisadi islahatlar və ixracın artırılması yolları”, II paneldə isə “Universitet-iş dünyası əməkdaşlığı və iqtisadi inkişaf üçün innovativ mühitin formalaşdırılması yolları” müzakirə edilir. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və s. nümayəndələri çıxış edib. Sərgi-Konfransın əsas məqsədlərindən biri Universitet – İş dünyası arasındakı münasibətlərin qurulmasında vasitəci olmaqdır. Davamını oxu