Mayın 23-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Davamını oxu
Yearly Archives: 2016
Prezident İlham Əliyev: “Ermənistan Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edib”
“Azərbaycan Dünya Humanitar Sammitinin nəticələrinin dünyada yaşayan insanların yaşayış standartlarının inkişafına təsir edəcəyinə inanır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevİstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Dünya Humanitar Sammitində iştirak edir
Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Sammit liderlərin səhər yeməyi ilə başlayıb.
Sonra Sammit iştirakçıları birgə foto çəkdirdilər. Davamını oxu
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi mənəvi genosid
Yaxın Şərqin qapısı sayılan Odlar yurdu Azərbaycan bəşər sivilizasiyasının yarandığı ilk mərkəzlərdən biridir. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanmış çoxsaylı maddi mədəniyyət nümunələri təsdiqləyir. Tarixən Asiyanı Avropa ilə birləşdirən karvan-ticarət yolları, o cümlədən İpək yolu Azərbaycandan keçmişdir. Tutduğu geostrateji mövqeyə görə hər zaman dünya maraqlarının toqquşduğu məkan olmuşdur. Müxtəlif dövrlərdə bir çox imperiyaların tərkibinə daxil olsa da, müəyyən vaxtlarda müstəqillik əldə etmiş və özünə məxsus mədəniyyətin yaradıcısı kimi millətlər arasında layiqli yerini tutmuşdur. Davamını oxu
Bir qrup veteran cəbhə bölgəsinə səfər edib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrin kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Davamını oxu
Erməni təcavüzünün mərhələləri
Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə Armenakan, 1887-ci ildə Cenevrədə Qınçaq, 1890-cı ildə isə Tiflisdə Daşnaksütun partiyalarını yaratdılar. Bundan sonra “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Davamını oxu