Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb. Davamını oxu
Yearly Archives: 2016
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüş keçirilib
Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edilib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Davamını oxu
AVCİYA-nın petisiyasına ABŞ-ın münasibəti necə olacaq?
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 06 aprel 2016-cı il tarixində Ağ Evin rəsmi saytında başladığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyaya imza toplama kampaniyası 30 gün ərzində davam etmiş və 06 may tarixdə başa çatmışdır. Bu müddət ərzində petisiyaya 330 mindən artıq insan imza atmışdır. Davamını oxu
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 15-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib. Davamını oxu