Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair yaydığı məlumatla əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir. Davamını oxu
Yearly Archives: 2016
Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir. Davamını oxu
Müdafiə Nazirliyi: Düşmən aprel döyüşləri zamanı Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi
Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ilin noyabrındakı görüşündən sonra Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində böyük hərbi təlim keçirdi. Ermənistan həmin dövrdə gərginliyə hesablanmış addım atdı və bunu məqsədyönlü şəkildə etdi. Təmas xəttindən başqa, sərhəddə olan ərazilərdəki mövqelərimizi də atəşə tutan Ermənistan bununla da başqa ölkələri münaqişəyə cəlb etməyə çalışırdı. Davamını oxu
Əsgərimiz şəhid olub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub. Davamını oxu
Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadəsi faktına görə Hərbi Prokurorluqda cinayət işi başlanıb
Mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi faktına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunub. Həmin mərmi mayın 11-də Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib. Davamını oxu