Yearly Archives: 2016
Azərbaycan əhalisinin 96.8 faizi prezident İlham Əliyevə etibar edir – SORĞU
“AJF & Assoşieyts” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.
APA-nın xəbərinə görə, sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. Davamını oxu
Yarım milyon insanın ABŞ-dan Qarabağ tələbi…
Ağ Evdə açılan petisiya hansı reallıqları üzə çıxardı; indi söz ABŞ-ındır…
Müasir dünyanın yaşam şərtləri ciddi surətdə dəyişdiyi kimi, siyasi, ideoloji mübarizə, təbliğat metod və mexanizmləri də tamamilə fərqlənir. Əgər illər öncə belə demək mümkünsə, gizli fəaliyyətlər, səhnə arxası proseslər effekt verirdisə, bu gün onlar elə də ciddi əhəmiyyət kəsb etmir.
Zəmanəmizin savaş, mübarizə üsulları hətta cəmi 5 il öncə ilə eyni deyil. Artıq şüurlara bunu həkk etmək, insanların bu reallıqları qəbul etməsi gərəkir. Əks təqdirdə, biz yenə də uduza bilərik. 10-15 il sonra çevrilib geri baxanda yenə də görərik ki, Üzeyir Hacıbəyov demişkən, camaat …fil boyda iş görür, biz hələ də siçan boyda işlərin peşinə düşmək zorundayıq… Davamını oxu
Əl-Cəzirə kanalı ermənilərin azərbaycanlı mülki əhaliyə vurduğu ziyanla bağlı reportaj yayımlayıb
Qətərin Əl-Cəzirə telekanalı ermənilərin artilleriya zərbələri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayımlayıb. Davamını oxu
Əsgərimiz şəhid olub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.