Aprelin 28-də AVCİYA-nın “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” adlı petisiya layihəsini dəstəkləyənlər sırasına Bakı Slavyan Universiteti də qoşuldu. Bu münasibətlə Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev AVCİYA-nın prezidenti Elxan Süleymanovun fəaliyyəti, onun təşəbbüsü ilə AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə ilə bağlı məlumat verdi. Rektor qeyd etdi ki, petisiyanın dəstəklənməsi hər kəsin vətəndaşlıq borcu olmalıdır. Davamını oxu
Yearly Archives: 2016
İSESKO-nun baş katibi: Son toqquşmalara görə məsuliyyət Ermənistanın üzərinə düşür
Ermənistan BMT-nin Azərbaycan torpaqlarının işğalının dayandırılması ilə bağlı 4 qətnaməsini heç vaxt reallaşdırmağa hazırlaşmayıb. Davamını oxu
Erməni silahlı birləşmələri dinc sakinləri atəşə tutub, ölən və yaralananlar var
Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var.
APA-nın Qarabağ bürosunun xəbərinə görə Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib. Davamını oxu
Erməni silahlı bölmələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Əli Həsənov: Ermənistan mediası hadisələri ölkə rejiminin fəaliyyətinə uyğun işıqlandırır
“20 ildən artıqdır ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir. Yəni əgər bir ölkə dünya müdiriyyətinin qəbul etdiyi qətnamələri yerinə yetirmirsə, həmin ölkənin jurnalistikasının qarantiyası varmı ki, vahid standartdan çıxış edərək obyektiv münasibət bildirəcək? Onlar hadisələri Ermənistan rejminin fəaliyyətinə uyğun işıqlandırır”. Davamını oxu
Xarici dövlətlərin hərbi attaşelərinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verilib
Aprelin 26-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyasının növbəti toplantısı keçirilib. Davamını oxu