Müdafiə Nazirliyinin saytına istinadən yayılan məlumata görə, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub. Davamını oxu
Yearly Archives: 2016
Azərbaycan Silahlı Qüvvələri düşmənin ancaq hərbi obyektlərinə cavab zərbələri endirib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Davamını oxu
Qan xərçənginə düçar olan müəllimin yardıma ehtiyacı var
1978-ci il təvəllüdlü Məmmədov Şəhabəddin Əhəd oğlu ömrünün bu çağında qan xərçəngi xəstəliyinə düçar olub.
Goranboy rayonunda doğulub, boya-başa çatan Şəhabəddin Məmmədov o insandır ki, birinci Qarabağ savaşı zamanı – 15 yaşında evdən xəbərsiz cəbhə xəttinə yollanaraq əsgərlərə köməklik edib. Döyüşlərdən birində hərbçilər üçün sursat daşıyarkən əlində mərmi partlayıb və barmağını itirib, bədəninə çoxsaylı qəlpələr dolub. Bu gün də həmin qəlpələri bədənində gəzdirir… Davamını oxu
Müdafiə naziri ön xətdə olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Davamını oxu
Müdafiə Nazirliyi: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib
Cəbhənin Tərtər istiqamətində hazırda vəziyyət sabitdir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. Davamını oxu
AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı müsabiqə haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə geniş oxucu və tamaşaçı kütləsinin marağını formalaşdırmaqdan, səsvermə prosesini stimullaşdırmaqdan və aksiyanın əhəmiyyətliliyini qabartmaqdan ibarətdir.
2. Müsabiqənin iştirakçıları
Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.
3. Müsabiqə 2 nominasiyada keçirilir:
– Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;
– Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar.
4. Müsabiqənin keçirilmə qaydası
– Müsabiqədə 6 aprel 2016-cı ildən 31 may 2016-cı il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).
– Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə, süjet və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.
– Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, televiziya və ya radioda göstərilmiş (səsləndirilmiş) veriliş, süjet və reportajlar iştirak edəcək.
5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:
– Çap Kütləvi İnformasiya Vasitələri:
Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.
– Televiziya:
Materialın internetdəki linki elektron poçta göndərilir.
– Radio:
Materialın internetdəki linki elektron poçta göndərilir.
– İnternet nəşrlər:
Materialın linki elektron poçta göndərilir.
– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:
Məqalənin, müsahibənin, verilişin, süjetin, reportajın adı,
Müəllifin adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Dərc olunmuş media orqanının adı.
Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.
6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
– Müsabiqəyə 2016-ci ilin may ayında yekun vurulacaq;
– Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:
2 – I yer – 750 manat
2 – II yer – 500 manat
4 – III yer – 250 manat.
7. Müsabiqəyə təqdim ediləcək materiallar [email protected] elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: 050 244 20 76