Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Müslüm Məmmədovun APA-ya müsahibəsi
Yearly Archives: 2016
Mi-24 helikopterinin ekipaj üzvü, şəhid baş leytenant Bəkir İsmayılov
Baş leytenant İsmayılov Bəkir Vüqar oğlu. Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb. Erməni silahlı birləşmələri tərəfindən Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.
Ağ Ev Administrasiyasının saytında açılan petisiyaya indiyədək 208 min səs verilib
Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya indiyədək 208 min səs verilib. Aksiya mayın 5-dək davam edəcək. AVCİYA Ermənistanın işğalçı siyasətinə qarşı mübarizəni davam etdirəcək. Davamını oxu
AVCİYA “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov açdı. E.Salmanov bildirdi ki, ermənilər artıq 100 ildən çoxdur ki, özlərini soyqırıma məruz qalana xalq kimi göstərməklə, Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri ört-basdır çalışırlar. Bütün resurslardan istifadə etməklə erməni təbliğat maşınını susdurmağa çalışmaz lazım gəldiyini bildirdi. Davamını oxu
Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib
Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat əldə etmələri üçün elektron nəşrin rus dilində də versiyası hazırlansın. Hazırda Kitabxananın əməkdaşları bu işi başa çatdıraraq elektron nəşrin rus dilində versiyasını http://www.armenianvandalism.az domeni vasitəsilə istifadəçilərə təqdim edib. Davamını oxu
Baş nazir: Gürcüstan axısqa türklərinə qarşı öhdəliklərini yerinə yetirib
Gürcüstan axısqa türklərinə qarşı öhdəliklərini yerinə yetirib. Davamını oxu