Aprelin 21-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib. Davamını oxu
Yearly Archives: 2016
Avropa ölkələri, beynəlxalq təşkilatlar insanları qaçqına çevirən səbəblərlə mübarizə aparmalıdırlar
AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, onların üzləşdikləri problemlərlə bağlı üç qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva insanları qaçqın salan, köçkünə çevirən səbəblərə qarşı Avropanın, Avropa Şurası, AŞPA və digər təşkilatların ciddi mübarizə aparmasının vacib olduğunu söyləyib. O deyib ki, insanları köçkünə çevirən səbəblərə qarşı sərt mübarizə aparılmasa, qaçqınların sayı daha da artacaq. O, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib, ölkəmizdə insanların qaçqın, köçkün həyatının nə olduğunu çox yaxşı bildiklərini vurğulayıb. Davamını oxu
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə pozub. Davamını oxu
Murat Boz AVCİYA-nın petisiyasını dəstəkləyir
Türkiyənin ünlü müğənnisi Murat Boz AVCİYA-nın Ağ Evin rəsmi səhifəsindəki ““Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” petisiya layihəsinə səs verib. Superstar sevənlərini də petisiyanı dəstəkləməyə və səsvermə prosesində fəal olmağa çağırıb.
Petisiyaya bu linkdən səs verin:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe
Cəsur döyüşçü Nazim Abdullayevin anım məraismi keçirilib
II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım məraismi keçirilib.
Döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Qeyd edilib ki, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə təhsil aldığı Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxıb. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Nazim Abdullayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edib, qəhrəmancasına həlak olub. Davamını oxu
Millət vəkili Elxan Süleymanov: “Ermənilərlə mübarizə həm səngərdə, döyüş meydanında, həm də intellektual müstəvidə aparılmalıdır”.
AVCİYA-nın aprelin 6-da start verdiyi “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” petisiya layihəsi səsvermə üçün ayrılan bir aylıq müddətin yarısını artıq geridə qoydu. Bu müddət ərzində müxtəlif rayonlarda, qabaqcıl təhsil müəssisələrində görüşlər keçirildi, səsvermə prosesinin qaydaları başa salındı. Petisiya ilə bağlı növbəti tədbir Azərbaycan Dövlət Tibb Universitetində keçirildi. Davamını oxu