1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.
All posts by Aydan
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
Fevralın 25-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti Xocalı faciəsi ilə bağlı bəyanat verib. Davamını oxu
Fazil Güneyin “Qara qan” tarixi roman-trilogiyasının təqdimatı olub
Fevralın 24-də Bakı Kitab Mərkəzində yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güneyin “Qara qan” tarixi roman-trilogiyasının təqdimatı keçirilib. Davamını oxu
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. Davamını oxu
Əbdürrəhim bəy Haqverdiyevə qarşı Ermənistan hökumətinin təşkil etdiyi quldurluq hadisəsinin təfsilatı
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının Azərbaycan əleyhinə göstərdiyi fəaliyyətlər ayrıca araşdırma mövzusu kimi indiyədək elmi tədqiqat dövriyyəsinə cəlb edilməmişdir. Davamını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Davamını oxu