www.1905.az portalının “Kvartet”ində 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan SSR ərazisindən köçürülmələri barədə qonaqlarımız – tarix üzrə fəlsəfə doktorları Nazim Mustafa və Əsəd Qurbanlı ilə danışdıq. Davamını oxu
All posts by Dadash Musayev
Azərbaycanın həmsərhəd rayonlarında erməni işğalçılarının törətdikləri cinayətlər
Dövlətlər arasında baş verən müharibələrdə adətən hərbi əməliyyatların daha fəal surətdə cərəyan etdiyi və müvafiq olaraq da bu müharibələr nəticəsində ən çox maddi və insani itkiyə məruz qalan ərazilər həmsərhəd bölgələr olur. Bu mənada Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibənin ağırlığını ilkin olaraq məhz Azərbaycanın həmsərhəd rayonlarının hiss etməsi təsadüfi deyildir.
Ermənilər XIX əsrin sonlarında kilsələrinin güclü dəstəyi ilə terrora başladılar və qanlı hadisələr törətdilər
XIX əsrin 90-cı illərindən başlayaraq ermənilər millətçi partiyalarını təsis edərək, əsasən, Türkiyə torpaqları hesabına «Ermənistan dövləti» yaratmaq planını qarşılarına məqsəd qoymuşlar. Yaradılan millətçi partiyalar ermənilərdə başqa millətlərə, xüsusilə də türklərə qarşı nifrət hissi oyatmağa çalışırdılar.
Moskva xaricdəki ermənilərin yarısını Ermənistana köçürməyi planlaşdırırdı
İkinci Dünya müharibəsi başa çatdıqdan dərhal sonra 1945-1949-cu illərdə ermənilərin başladığı ideoloji hücum eyni bir vaxtda üç məqsəd güdürdü:
ASALA terrorçusu Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu etiraf edib
İsveçrənin “Hebdo” qəzetində müxbir Antuan Hararinin Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) üzvü, 1981-ci ildə Cenevrədə Türkiyə konsulluğunun əməkdaşını qətlə yetirən terrorçu Mardiros Jamkoçyan ilə görüşü barədə məqaləsi dərc olunub.
Məqalədə terrorçu ASALA-nın Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərdiyini, bu qurumun Ermənistanın xüsusi xidmət orqanlarına və ordusuna inteqrasiya etdiyini, Ermənistanın terroru dəstəkləyən ölkə olduğunu etiraf edib. Davamını oxu
İngiltərənin Cənubi Qafqaz siyasətində erməni amili və Naxçıvan məsələsi (XX əsrin əvvəlləri)
Giriş
İngiltərə “erməni məsələsi”nin ortaya çıxmasında və millətlərarası problemə çevrilməsində başlıca rol oynayan dövlətlərdən biri olmuşdur. Bu dövlət özünün Osmanlı torpaqlarına, Yaxın Şərqə, Asiyaya yönəlik ekspansionist siyasətində ermənilərdən əsas vasitə kimi istifadə etmişdir.