Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdən, Keşişkənddən və Daşaltıdan neçə yüz erməni yığılaraq qımdatlarla məsləhətləşib belə qərara gəldilər ki, müsəlmanların qüvvələrini zəiflətmək məqsədilə kəndlərdən onları qovub təmizləsinlər.
All posts by Dadash Musayev
Sumqayıt hadisəsinədək və sonra Ermənistanda baş verənlərə bir nəzər
İndi Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından soydaşlarımızın 1988-ci il sonuncu kütləvi deportasiyasına ciddi hazırlıq 1987-ci ilin noyabrından başlanmışdı. Davamını oxu
Nəzrin Məmmədova: “Yuva” (2014)

Nəzrin Məmmədovanın Yuva əsəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asssosiasiyasının gənc rəssamlar arasında keçirilən “Sərsəng harayı“ rəsm müsabiqəsinin qaliblərindən biri olmuşdur. Yuva əsərində müharibənin soydaşlarımızın həyatında buraxdığı izləri, viran qalmış Qarabağın əsrarəngiz təbiətinin bu günkü vəziyyəti, ekoloji durumu və minlərlə dinc əhalinin dağıdılmış yurdları təsvir olunub.
ŞAHİD
Fotoqraf: Əli Qafarov
1943-cü ildə Bakıda doğulub. Azərbaycan müəllimi, Ədəbiyyat və İncəsənət, Azərbaycan idmançısı kimi sırf mülkü qəzetlərdə fotomüxbir işləyib. Müstəqilliyin ilk illərində “Xalq ordusu” qəzetinin kollektivi sıralarına daxil olub. Sonralar qəzetin adı dəyişilərək “Azərbaycan Ordusu” oldu. Əli Qafarov həm də Hərbi-dəniz qüvvələrinin qəzeti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasında işləyib.
2018-ci ildə dünyasını dəyişib.
Fotoqrafın dediyinə görə cəbhə şəkillərini çeşidləmək ağırdır. Çünki rastlaşdığı adamlardan çoxu həlak olub, onlar yalnız plyonkalarda qalıblar. Ən böyük arzusu müharibənin son anını, həmvətənlərinin doğma ocaqlarına, sülh həyatına, yaradıcı əməyə qayıdışını əks etdirmək idi.
Qanlı yanvarın ibrət dərsləri
Yanvar faciəsi tarixi yaddaşmıza kədərli hadisə kimi, hüznlü gün kimi, lakin bununla bərabər həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı yüzilliyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi.
Bəhruz Kəngərli. “Qaçqın qadın” (1919)
Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır.