Elmar Mustafazadə 1980-ci il oktyabrın 25-də Bakıda anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Fotoqraflığa 2009-cu ildən başlayıb. 2010-cu ildən etibarən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.