Qafqaz təkcə özünün relyefinin və iqliminin rəngarəngliyi ilə deyil, həm də etnik və dil tərkibinin mürəkkəbliyi ilə seçilir. Bu regionda 50-dən artıq xalq və etnik qrup yaşayır. Qafqazda həm Hind-Avropa dilli, həm Qafqazdilli, həm də Altay dil ailəsinə daxil olan xalqlar yaşayır.
All posts by Dadash Musayev
Bakı qırğınları
Bakıda vətəndaş müharibəsi adı altında milli qırğının başlanğıcını qoymuş həmin fitnəkar tədbir bundan ibarət olmuşdu ki, 1918-ci il martın 29-da Bakı Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə “Evelina” gəmisində Lənkərana üzməyə hazırlaşan müsəlman diviziyasının (“Dikaya diviziya”nın azərbaycanlı süvari polku nəzərdə tutulur. – K. M.) bir neçə yüz nəfərlik zabit və əsgəri tərksilah edilmişdi. Bu, açıq-aşkar meydan oxumaq, öz gücünü nümayiş etdirmək, əsl amirlik hərəkəti idi.
Ermənilərin köçürülməsi qərarını kim verib?
Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır.
İrəvan və Zəngəzur ermənilərə necə verildi?
Məlum tarixi həqiqətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmamışdır. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə etmişlər.
Umud Mirzəyev: “Medianın məsuliyyəti səngərdəki əsgərin məsuliyyətindən az deyil.”
1905.az portalının suallarını Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev cavablandırıb.