1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş dəhşətli soyqırımı hər il olduğu kimi, bu il də dünyanın bir sıra ölkələrində anılacaq. Artıq Qərbi Avropanın bir sıra ölkələrində Xocalı tədbirləri start götürüb. Bu günlərdə Niderland, Belçika, Fransa və Almaniyada Xocalı soyqırımına dair anım tədbirləri keçiriləcək. Bundan əlavə Avropa ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara bir sıra müraciətlər də ünvanlanıb. Bu barədə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Samirə Patzer – İsmayılova məlumat verib. Davamını oxu
All posts by Dadash Musayev
Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı və onun beynəlxalq əks-sədası
“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Heydər Əliyev
Ümummilli lider
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin ən qanlı səhifələrini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Davamını oxu
GEDİŞ HAQQI
Dünyada orta statistik azərbaycanlının heç zaman başa düşməyəcəyi hadisələr baş verir. Bu hadisələrin sayı həddən artıq çoxdur. Mən yalnız bir hadisədən danışacağam.
2012-ci ildə Tallin sakinləri arasında referendum keçirilib. Referenduma çıxarılmış sual sakinlərin 75 faizi tərəfindən müsbət cavablandırılıb. Sual şəhərdəki ictimai nəqliyyatdan istifadənin 2013-cü ilin əvvəlindən pulsuz edilməsi ilə bağlıymış.
Asif Azərelli
Rəssam Asif Azərelli 1946-cı ildə Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə keçmiş SSRİ-nin Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür. 1980-cı ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir.1980-cı ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışır. Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir.
Xarici fotoqraflar 2









“Xocalı Soyqırımı” xarici fotoqrafların obyektivində (2-ci hissə)

