All posts by Dadash Musayev
AVCİYA Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciəti
Ötən əsrin 80-ci illərin sonlarından etibarən Ermənistan SSR-də yaşayan Azərbaycan milliyətindən olan şəxslərin həyatı gündən günə çətinləşməyə başlamışdı. Az keçməmiş, Ermənistandan Azərbaycana ilk qaçqınlar gəlməyə başladılar. Milli mənsubiyyətinə görə təhqir, təhdid və fiziki təzyiqlərə tab gətirə bilməyən yüz minlərlə Azərbaycanlı öz ana-ata yurdunu tərk etmə məcburiyyətində qaldı. Ermənistan monoetnik bir dövlətə çevrildi, qondarma “Böyük Ermənistan” ideyasının reallaşdırılması istiqamətində növbəti ciddi addım atıldı. O zaman Azərbaycan çox Dedi – Siz Susdunuz… Davamını oxu
“Xocalı Soyqırımı” xarici fotoqrafların obyektivində (1-ci hissə)


“Jewish Journal” qəzeti: “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən”
ABŞ-ın Los-Ancelesdə nəşr olunan ən böyük yəhudi qəzetlərindən biri “Jewish Journal”da Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayevin “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə N.Ağayev Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qətliamı adlandırdığını bildirərək qeyd edir ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər. Davamını oxu
Arye Qut: “Çalışmaq lazımdır ki dünyada həqiqətən Azərbaycanı sevən dostlar koalisiyası formalaşsın”.
Müsahibimiz İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutdur.
“…Xocalı…Sərsəng… Davam edən soyqırım”
“…Xocalı…Sərsəng… Davam edən soyqırım”
Dəyirmi Masa 24 fevral 2016-cı il Saat 13:30 – 15:00 Beynəlxaql Mətbuat Mərkəzi Təşkilatçı: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası
Proqram (layihə) Dəyirmi Masanın moderatoru: Vəli Əlibəyov – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti
13:30 – 13:50 “Ermənistan dövlətinin işğalçı və soyqırım siyasətinin beynəlxalq təşkilatlarda tanıdılmasının əhəmiyyəti” Elxan Süleymanov – Millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti
13:50 – 14:00 “Soyqırım və terror siyasəti Ermənistanın milli ideologiyasının ana xətti kimi” Ramiz Sevdimalıyev – siyasi elmlər doktoru 14:00 – 14:10 “İşğal olunmuş ərazilərimizdə Ermənistan dövlətinin törətdiyi cinayətlərin beynəlxaql hüquqi təsnifatı: …Xocalı…Sərsəng…” Şahin Camalov – İnsan Hüquqları XXI əsr Fondunun prezidenti
14:10 – 14:20 “Dünya erməniliyinin terror və cinayətlər tarixi” Məhərrəm Zülfüqarlı – tarix elmləri üzrə fəlsəfə doktoru, dosent
14:20 – 14:30 “Ermənistanın Sərsəngdən bioloji silah kimi istifadəsinin humanitar fəsadları” Samir İsayev – “Sərsəng – Sos” layihəsinin əlaqələndiricisi
14:30 – 14:40 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə Müraciəti Vəli Əlibəyov – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti
14:40 – 15:00 Yerdən çıxışlar, müzakirələr
15:00 Yekun