Rusiyanın İrandakı nazir-rezidenti (səfir), XIX əsrin tanınmış rus yazıçısı Aleksandr Qriboyedov İran ermənilərinin köçürülməsinin təşkilinin L.Lazarev və M.Arqutinski-Dolqorukinin üzərinə qoyulduğunu qeyd edir. Proses 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının erməni vilayətinə çevrilməsi fonunda baş verirdi. Davamını oxu
All posts by Dadash Musayev
İlkin qaçqınlıq dövrü
…Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. 1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min əhali bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar.
Qarabağda yaşayan ermənilər lap əvvəldən erməni olmamış, sonradan erməniləşdirilmişdir
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin (VII əsrin 30-cu illəri – 1258-ci il) işğalları və bunun nəticəsində Albaniya çarlığının ləğvi ilə baş verir.
“Böyük Ərməniyyə” Movses Xorenasi, Favtos Buzandın təxəyyülünün məhsuludur.
Həcər Verdiyeva: “…Herodotun dövründə Ermənistan olmayıb. Herodot özünün “Tarix” əsərində göstərir ki, Frakiya tayfaları Balkanlardan Frigiyaya-Kiçik Asiyaya gəliblər, oradan Şərq istiqamətinə yönələrək, Mesopotamiyaya keçiblər. Davamını oxu
Erməni terrorçuları və silahlı quldur dəstələri 100 minlərlə dinc türk əhalisinin qanını axıdıb
Ermənilər XIX əsrin 80-ci illərindən başlayaraq, 1917-ci illərin sonlarına qədər dünyanın ən iri dövlətləri – İngiltərə, Fransa və Rusiya dövlətlərinə arxalanaraq, Türkiyənin tarixi ərazisində Erməni dövləti yaratmaq üçün hər cür vasitələrdən istifadə edərək, türklərə qarşı kütləvi qırğınlar törətmişdilər.