Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.
All posts by Dadash Musayev
Prezident İlham Əliyev KXDR-in Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.
DSX: Gəncə hadisələrinin fəal iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarılan şəxs saxlanılıb
Gəncə hadisələrinin fəal iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu avqustun 1-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb. O, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib. Davamını oxu
Yazıçı və şairlərimiz cəbhə bölgələrində
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan bir qrup yazıçı və şair cəbhə bölgəsinə səfər edib. Tədbir Azərbaycan Yazarlar Klubu İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ -3” layihəsi çərçivəsində reallaşıb.
Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək
Avqustun 12-də Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Davamını oxu
Xan qızı, “Dürrü yekta” – Xurşidbanu Natəvan
Tarixən hökmdarlar, böyük dövlət xadimləri, öz əməli ilə yadda qalır, xalqın taleyində oynadığl əhəmiyyətli rola görə əbədiləşir, ölməzləşir. Bir də elm, ədəbiyyat, incəsənət xadimləri, şairlər, yazıçılar öz əsələri ilə əbədiyaşarlıq qazanır, ölməzliyə qovuşur. Hər iki məziyyəti özündə birləşdirən belə tarixi şəxsiyyətlərdən biri də incə zövqlü, böyük ürəkli, cazibədar xanım, mütəfəkkir şair, cəsarətli dövlət xadimi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvandır.