Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Davamını oxuAll posts by Mehman İbrahimov
Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən üç il ötür.
Davamını oxuPrezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.
Davamını oxuKatalin Kariko və Dryu Vaysman fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysman 2023-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüyü elan edilib. Alimlər bu mükafata “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” layiq görülüblər.
“Göyçay ensiklopediyası”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri, nəfis tərtibatlı “Göyçay Ensiklopediyası” işıq üzü görüb. Dünən Göyçayda yeni toplunun təqdimat mərasimi keçirilib.
Davamını oxuGöyçay toponimlərinin linqvistik təhlili

Bu gün adları öyrənmək xalqın dili, tarixi, etnik mənşəyi, etnoqrafiyası, məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, dünənimizlə bu günümüz arasında mənəvi körpü yaradır.
Şirvan düzünün şm.-lında, Göyçay çayının sahilində yerləşən Göyçay ş. eyniadlı r-nun mərkəzidir. Şəhərin və r-nun adı çayın adından götürülmüşdür. Göyçay ş.-nin yerində keçmişdə Potu k.-nə məxsus bağların olduğu qeyd edilir (15, s.325). XIII əsrin ikinci yarısında indiki Göyçay ş. nin yerləşdiyi ərazinin meşəlik olması və bu yerin Ərvan adlandırılması söylənilir (39, s.57). Keçmişdə Aran r-nlarına yol buradan keçdiyinə görə Potu bağları ərazisində karvansara salınmış və mal bazarı olmuşdur. Bazara mallar Potu k.-dən gətirildiyindən ona Potubazar deyilirmiş. Bazar dağıldıqdan sonra onun adı bir müddət də qalmış, sonralar isə bu ad istifadədən çıxmışdır. Sonralar burada poçt məntəqəsi yaradılmış və 1851 ildə məntəqə ətrafında cəmi 5 evin olduğu bildirilir.
Davamını oxu