Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub. Davamını oxu
All posts by User1 User1
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin yeni təyin olunmuş müşaviri Corc Kentin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Davamını oxu
Prezident İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib. Davamını oxu
Sadə insan, səmimi dost, böyük alim
Azərbaycan arxeoloqlarının ağsaqqalı, sadə, səmimi və çalışqan insan olan İlyas Babayev artıq bir ilə yaxındır ki, aramızda yoxdur. Hər zaman böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran bu xoşxasiyyət insanın dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi. Hər dəfə komanda halında səfərlərdə, elmi ezamiyyətlərdə, xüsusən də arxeoloji qazıntılarda olarkən işin ən ağırını öz üzərinə götürərdi. Səhərlər hamıdan, hətta aspirantlarından da tez durar, növbəti iş gününün bütün hazırlıqlarını özü görərdi.
Qeybətdən, dedi-qodudan çox uzaq insan idi.Geniş diapazonlu mütaliəsi, xüsusən də antik mənbələri orijinaldan oxuyaraq incəliklərinə qədər bilməsi hər kəsdə heyranlıq doğurardı. Bəzən saatlarla antik mənbələr, onların Azərbaycanla bağlı məqamları barədə yorulmadan danışardı. Davamını oxu
MDB-nin Düşənbə sammiti nə ilə yadda qaldı?
Sentyabrın 28-də Düşənbədə MDB ölkələri liderlərinin iştirakı ilə təşkilatın sammiti baş tutdu. Birlik ölkələrinin liderləri qarşılıqlı əməkdaşlığın aktual məsələlərini müzakirə etdilər. Siyasi əməkdaşlığı nizamlayan, humanitar, təhlükəsizlik sahəsində sənədlərə, həmçinin MDB çərçivəsində fəaliyyətin nizamlanmasını nəzərdə tutan hüquqi və təşkilati-kadr təminatının təkmilləşdirilməsinə yönəlik sənədlərə baxıldı. Davamını oxu