All posts by User1 User1
Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxının Məlcək və Ərçiman, Göyçayın Qaraman kəndində şagirdləri təbrik edib
Sentyabrın 17-də Şamaxının millət vəkili Elxan Süleymanov ənənəvi olaraq bu il də yeni tədris ilini rayon məktəbliləri ilə qarşılayıb. Millət vəkili Şamaxının Məlcək və Ərçiman kəndlərində yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təşkil olunmuş mərasimlərdə iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi olub Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib
Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Davamını oxu
Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir.
Bu barədə Avropa.info-ya kənd sakini Xanəli Absəlimov məlumat verib.
X.Absəlimovun sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib: “Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub. Mənim yadımdadır ki, çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları sonradan kimlərsə daşıyıb, aparıb”. Davamını oxu
“Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
Son günlər Quba rayonunun kəndindəki məscidinin bərpaya ehtiyacı olması haqda mətbuatda xəbərlər paylaşılır. XVIII əsrdə tikilən bu məscid Sovet dövründə anbar kimi istifadə edilib. Kənd camaatı dəfələrlə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb. Amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib , tam yararsız vəziyyətə düşüb. Davamını oxu