Quba rayonnun Xanəgah kəndindəki məscidin təcili bərpaya ehtiyacı var. (ekspert rəyi) Quba rayonunun Xanəgah kəndində məscidin təbii proseslər səbəbindən tamamilə uçulmaq təhlükəsi ilə qarşılaşdığından, bu məscidin taleyi Xanəgah kəndinin sakinlərini və respublika ziyalılarını narahat etməyə başlamışdır. Davamını oxu
All posts by User1 User1
“Qara günlü” Xənəgah məscidi
Tarixi abidənin təmirə ehtiyacı var

Tarixi abidələrin qorunması, mühafizəsi və gələcək nəsillərə çatdırılması yönündə davamlı işlər aparılır. Aidiyyatı qurumların həyata keçirdiyi işlər nəticəsində bir sıra tarixi abidə “yenidən doğulub”. Bütün bunlara baxmayaraq nəzər və diqqətdən kənar qalan tarixi abidələr də var və bu abidələrin qısa zamanda təmir olunmaması onların təmamilə məhv olmasına gətirib çıxaracaq. Söhbət Quba rayon Xanəgah kənd məscidindən gedir. Sözügedən məscidin tarixinə nəzər salanda aydın görünür ki, vaxtilə nəinki Quba, eyni zamanda Qubaətrafı rayon sakinlərinin iman gətirdiyi Allahın evi indi bayquş və digər heyvanların yuvasına çevrilib. Mətləbə keçməmişdən öncə məscid barəsində qısa arayış verməyi özümüzə borc bildik. Davamını oxu
Xanəgah məscidi ah çəkir… – şikayət- fotolar
Bir müddət bundan əvvəl jurnalist Fuad Babayev sosial şəbəkədə Quba rayonunun Xanəgah kəndindəki məscidin vahiməli görüntülərini paylaşdı.
Etikxeber.az xəbər verir ki, bu şəkillərdən məlum olur ki, tarixi-dini abidə dağılmaq üzrədir.
Həmkarımızla əlaqə saxlamaq qərarına gəldik. Davamını oxu
Daha bir unikal tarixi abidəmiz yer üzündən silinmək üzrədir – Laqeydlik bizi məhv edəcək – FOTO
Kəndimizin məscidi…
Yarıuçuq, dağılmış…
Kəndimizin məscidi,
Sənin ömrün nağılmış.
Bu misralar jurnalist Fuad Babayevin “Kəndimizin məscidi” şeirindəndir. O, Quba rayonunun Xanəgah kəndindəki məscidin faciəli durumu ilə bağlı şeir yazmaqla kifayətlənməyib. Milli.Az xəbər verir ki, jurnalist bir müddət bundan əvvəl tarixi-dini abidənin şəkillərini çəkib və sosial şəbəkədə paylaşıb. Davamını oxu
Tarixi abidə kimi qeydə alınan məscid dağılır, aidiyyəti nazirlik isə susur

Quba rayonunun Xanəgah kənd məscidi məhv olur-Mədəniyyət Nazirliyi məsələyə laqeyd yanaşır
Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir.
Bu barədə məlumatı Azinforum.az-a kənd sakinləri verib.
Onların sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib: “Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub. Çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları sonradan kimlərsə daşıyıb, aparıb”. Davamını oxu