Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib. Davamını oxu
All posts by User1 User1
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda deyilir: “Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Hüquqi dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Davamını oxu
XİN Nalbandyana cavab verib
“Ermənistan xarici işlər işlər Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik”. Davamını oxu
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Minsk qrupu həmsədrlərini tənqid edib
ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib. Davamını oxu
Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir
Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi
Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir.
Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğız və rus dillərində çap olunub
Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub.