Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.
All posts by User1 User1
Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Davamını oxu
Bakıda kibertəhlükəsizlik məsələlərinə dair beynəlxalq illik konfrans işə başlayıb
Noyabrın 7-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (CERT) “Gələcək təhlükələrin aşkar edilməsi” adlı IX beynəlxalq illik konfransı işə başlayıb Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü
Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. Davamını oxu
Nyu-Yorkun mərkəzində terakt nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb
Nyu-Yorkda törədilən hücum nəticəsində ölənlərin sayı 8, xəsarət alanların sayı isə 15 nəfərə çatıb.
APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio bildirib. İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.
Qeyd edək ki, naməlum şəxs idarə etdiyi yük maşınını velosiped zolağına çıxararaq velosipedçilərin üzərinə sürüb. Daha sonra məktəb avtobusu ilə toqquşan avtomobildən düşən silahlı sürücünü polislər atəş açaraq yaralayıblar. Onun şəxsiyyəti müəyyən edilib və hazırda o dindirilir. Nyu-York meri Bill de Blazio hadisə yerinə gəlib. Hadisə barədə ABŞ prezidenti məlumatlandırılıb.
ABŞ-ın Nyu-York şəhərinin mərkəzində atışma olub, insident nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident məktəbin yaxınlığında baş verib. Məlumata görə, yük maşını izdihama çırpılıb, daha sonra sürücü avtomobildən yerə düşərək polis əməkdaşlarına atəş açıb.
NBC telekanalının son məlumatına görə, atışma nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Bundan əvvəl 4 nəfərin öldüyü bildirilmişdi.
Cinayətkarın polis tərəfindən yaralanaraq saxlanıldığı qeyd olunur.