Futbol bilicisi sayılmıram və idmanın bu sahəsi barədə məlumatım azarkeş dostlarımın yanımda danışdıqlarının on faizindən artıq ola, ya olmaya. Ölkə futbolunu da təqib etmirəm və milli çempionatda yarışan komandaların maddi-texniki və oyunçu arsenalı haqqında təsəvvürüm belə yoxdur. Yeganə “Qarabağ” klubu əcnəbilərlə oynayanda dostlar lütf edib bilet götürürdülərsə, onun oyununu, xüsusən də qələbə qazandığı oyunlarını stadionda izləmək keyfi yaşamışam. Belə bir keyfi və sevinci növbəti dəfə “Qəbələ” yaşatdı. Davamını oxu